Bu gün Beynəlxalq Futbol Günüdü. Maraqlıdı ki, Azərbaycanda çox az futbol adamı məhz 10 dekabr tarixinin futbol günü olmasından xəbərdardı. Amma uzun illər millimizin şərəfini qorumuş Vadim Vasilyevin "Facebook" profilində maraqlı bir şəklə rast gəldikdə, bu gündən məlumatlı olan futbol veteranımızla əlaqə saxlamaq qərarına gəldik.
Vasilyev bu barədə bir neçə il öncə xəbər tutduğunu gizlətmədi: “Hər kəs kimi, mən də təqvimə baxıram. Təqribən 3 il olar ki, dekabrın 10-unun əlamətdar gün olmasından xəbərim var”.
Ancaq özümüz də bilmədən Vadimin yaralı yerinə toxunduq. Bu günü xüsusi olaraq, qeyd edib-etmədiyini soruşduqda, Vasilyev “işsiz adamın yadına hansısa günü qeyd etmək düşər? İldə bir dəfə “Mançester Yunayted” məktəbinə seleksiya işləri bağlı AFFA tərəfindən dəvət alıram. Vəssəlam”.
Söhbətimizin sonunda A kateqoriyalı məşqçi iş üçün müraciət etdiyi ünvanlardan da ancaq “gözlə” cavabını aldığını gizlətmədi.
Beləcə, Beynəlxalq Futbol Günü ilə bağlı major notlara söykənən yazı əvəzinə, oxuduğunuz bədbinliyə söykənən material alındı. Ancaq nə etməli, işsizliyin üzü qiyməti günü-gündən aşağı düşən neft kimi qaradı.
 
futbolday - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp