Bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində təmsilçimiz “Qarabağ” Belçikada “Anderlext”in qonağı olacaq. Təmsilçimiz qalib gələcəyi təqdirdə turnirin pley-off mərhələsinə yüksələcək. Ağdam təmsilçisi ötən il son anda haqsız yerə kənarda qaldığı 1/16 final mərhələsinə yüksəlməsi üçün bu oyunda rəqibini üstələməklə yanaşı, “Monako”nun “Tottenhem” səfərində xal itirməsini də gözləməlidi. Şübhəsiz, deyilənlər baş tutsa, bunu Azərbaycan futbolunun ən böyük uğuru olacaq. Maraqlıdı, görəsən, belə vacib matç öncəsi AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov bir mütəxəssis olaraq nə düşünür? Ağdam təmsilçisi həqiqətənmi, avrokuboklarda mübarizəni davam etdirə biləcək?
“Qarabağ”ın qələbəsinə inanıram. “Baxmayaraq” ki, ötən mövsüm də komandamız qrup mərhələsini adlamağa yaxın idi, amma vurulan təmiz qol hesaba alınmadı. Bu il yenidən son matç öncəsi şans var. “Qarabağ” özünü toplayıb, səfərdə bütün keyfiyyətlərini ortaya qoyub, müsbət nəticə əldə etməlidi. İnanıram ki, futbolçular Belçikada ən yaxşı oyunlarını keçirəcəklər. Bu, mənim istəyim, arzumdu. Düşünürəm ki, bütün Azərbaycan xalqı bunu istəyir. Fikrimcə, “Qarabağ” futbolçuları uzaqda da olsa, bunu hiss edəcəklər”. 
Sadıqov həmçinin, rəqibi qrupun ən güclü komandalarından biri olduğunu da bildirib: “İlk görüşdə “Qarabağ” öz meydanda bu rəqibi məğlub edəndə bildirmişdim ki, qrupun ən güclü komandalarından biri “Anderlext”di. Sonrakı görüşlər də göstərdi ki, belçikalılar qrupda iddiası olan və qrup mərhələsəini adlamağa şansı olan komandadı. Böyük komandalar belə oyunlarda lazım olan nətiəcləri əldə etməklə, özlərini sübut edirlər. “Qarabağ” son illər Avropa səviyyəli komanda olduğunu sübut edib. Güclü rəqiblə səfərdə həlledici oyunda “Qarabağ” qalib gəlsə, adını Avropa futbol tarixinə yazdıracaq. Buna inanıram, reallıq bizim xeyrimizə olmasa da, inam böyük şeydi və komandanı lazımi səviyyəyə çatdıra bilər. Fikrimcə, futbolçular da özlərinə inanırlar. Tarix yazmaq üçün böyük şəxsiyyət olmaq lazımdı. Onlar son addımı atıb, tarix yazacaqlar”. 
Təcrübəli mütəxəssisin fikrincə, hücumçu Reynaldo və sol cinah müdafiəçisi Ansi Aqollinin yoxluğu “Qarabağ”ın oyununa mənfi təsir etməyəcək. Çünki təmsilçimiz komanda şəklində güclüdü: “Qarabağ” komanda şəklində güclüdü. Düzdü, hər iki futbolçu təmsilçimiz üçün önəmlidi. Onların meydana çıxmadığı oyunlarda yoxluğunu hiss edirik. Buna baxmayaraq, “Qarabağ” həmişə komanda şəklində güclüdü. Onlar oynasa da, oynamasa da ağır matç olacaq. İstəməzdim ki, Qurban Qurbanovun komandası ardıcıl 2-ci dəfə qrup mərhələsini adlamaq şansını əldən versin”. 
Vaqif bəy vacib amil kimi “Qarabağ”ın ənənəvi oyununu sərgiləməli olduğunu ildirdi: “Ötən il “Qarabağ”ın ölkə çempionatı və avrokuboklardakı görüşlərinin arasında ciddi fərq olsa da, cari mövsümdə bu çox hiss olunmadı. Məncə, vacib olan odur ki, komanda hər mövqedə etibarlı oyun sərgiləməlidi. Nəzərə alsaq ki, “Qarabağ”ın ən böyük üstünlüyü topla davranış və oyunboyu rəqibi təzyiq altında saxlamaqdı. Bundan əl çəkmək lazım deyil. Ən vacib şeylərdən biri də komanda özünə inamı itirməsin. Qarşılaşmadan öncə qələbəyə çıxdıqlarına inansınlar və bunu bizə göstərsin”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp