Avropa Liqasında qrup mərhələsinin 6-sı – son turunun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz "Qəbələ" evdə Rusiya "Krasnodar"ına 0:3 hesabı ilə uduzaraq, qrup mərhələsini sonuncu yerdə başa vurub.
"Bakcell Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Roman Qriqorçuk məğlubiyyəti belə şərh edib:
 
– Avrokuboklar bizim üçün bitdi. Düşünürəm ki, qrup mərhələsində elə də pis təsir bağışlamadıq. İndi ancaq gələcək oyunlar barədə düşünməliyik.
 
– Bundan öncəki oyunlarda yerli futbolçular həmişə sonradan oyuna daxil olub. Bu oyunda bir neçə azərbaycanlı futbolçuya əsas heyətdə şans vermək
olmazdı?
– Mən başa düşə bilmirəm, axı niyə komandanı azərbaycanlılara və azərbaycanlı olmayanlara bölməliyik? Bunları müzakirə etməyi başa düşə bilmirəm. Biz bir komandayıq. Çempionatda müəyyən limit var və buna əməl edirik. O ki qaldı avrokuboklara, oyundan öncə kimlər hazırdısa, onlar da çıxış edir. 
 
– Oyundan sonra futbolçulara nə dediz? Bir də komandanın ikinci hissədə zəif təsir bağışlamasının səbəbi nə idi?
– Mən futbolçulara dedim ki, onlara oyunlarından razı qaldıqlarını dedim. Onlara "afərin" dedim. Birinci hissəyə yaxşı başlamışdıq. Ancaq ikinci hissədə oyunumuz alınmadı. Fasilədə Popoviçə dedim ki, belə anlarda futbolçu daha da möhkəm olmalıdı. 
 
– Futbolçular AL-in qrup mərhələsində daha çox pul qazandı, ya təcrübə?
– Düşünmürəm ki, hansısa futbolçu pul barədə düşünsün. Hətta Dodo kimi bəzi oyunçular var idi ki, oyundan öncə xəstə olsa da, oynamaq istədiklərini dedilər. Fikrimcə, Avropa Liqasında futbolçularım daha çox təcrübə qazandılar.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp