Avropa Liqasında qrup mərhələsinin 6-sı – son turunun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz "Qəbələ" evdə Rusiya "Krasnodar"ına 0:3 hesabı ilə uduzaraq, qrup mərhələsini sonuncu yerdə başa vurub.
"Bakcell Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Oleq Kononov qalibiyyəti belə şərh edib:
– Çox vacib qələbə qazandıq. Qrupu lider kimi tamamladıq. Futbolçuları təbrik edirəm. Yaxşı oynadıq və layiqli qələbə qazandıq.
– 2015-ci ilin ikinci hissəsini necə dəyərləndirərdiz?
– Yaxşı qiymətləndirirəm. Çempionata uğurlu başlamadıq. Əsas odur ki, təslim olmadıq. Bu, Rusiya klublarına xas olan xüsusiyyətdi. Xüsusən də, “Borussiya” ilə oyunu qeyd etmək istəyirəm.
 
– “Krasnodar” orta sahəni rahat keçirdi. Bu, rəqibin yarımmüdafiə xəttinin sıx olmaması ilə bağlı idi?
– Futbolçulara öz oyunlarını göstərməyi tapşırmışdım. “Qəbələ”nin orta xəttinin ləng olduğunu bilirdik. Futbolçulara da bu barədə tapşırıq vermişdik.

 
– İlk oyundan sonra qrup sonuncusu idiniz. Amma hazırda qrupu lider kimi tamamladız. Bunu necə bacardınız?
– Əsas səbəb daha çox işləməyimiz idi. Yavaş-yavaş keyfiyyət baxımından da yaxşı iş gördük. Bəzi futbolçular da mövsümün gedişində tam istədiyimiz formaya düşdülər.

 
– Böyükhesablı qələbə gözləyirdizmi və bu qalibiyyətdə rəqib qapıçının rolu nə qədər oldu?
– Hiss olunurdu ki, biz bu gün daha güclüyük. Hesabla bağlı bir gözləntim yox idi. Qapıçı ilə bağlı suala gəlincə, bu barədə nəsə deməyim doğru olmaz. “Qəbələ” klubuna təşəkkürümü bildirirəm.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp