Avropa Liqasında qrup mərhələsinin 6-sı – son turunun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz "Qəbələ" evdə Rusiya "Krasnodar"ına 0:3 hesabı ilə uduzaraq, qrup mərhələsini sonuncu yerdə başa vurub.
"Bakcell Arena"dakı matçdan sonra ev sahibi komandanın estoniyalı futbolçusu Sergey Zenyov jurnalistlərin suallarını cavablandırıb: Nə demək olar? 3 qol buraxdıq və məğlub olduq. Nə deyəcəyimi bilmirəm. Alınmadı. Əgər niyə alınmadığını bilsəydim, nəyisə dəyişməyə cəhd edərdim. Özümüzə inanırdıq, istəyirdik ki, qələbə qazanaq, ancaq… Əsas problemlərdən biri də əldə etdiyimiz şansları reallaşdıra bilməməyimizdi. Qol vurmursansa, qələbə də qazana bilməzsən. Hələlik bu vəziyyətdən çıxış yolu axtarırıq. Nəsə bir çarəsini tapmalıyıq. Bəlkə də ən optimal variant hücumçuları dəyişməkdi. Təkcə Antonovu nəzərdə tutmuram. Komandanın bütün oyunçuları qol vura bilər”.
 
Təcrübəli hücumçu oyunda kobud səhvlərə yol verən qapıçı Andrey Popoviçə dəstək olub: “Buraxılan qolda təkcə qapıçı günahkar olmur, bütün komanda bunda məsuliyyət daşıyır. Popoviçi bu qədər tənqid etmək düz deyil. Hamımız səhv edirik. Biz qol vura bilmirik, o isə qol buraxır. Məsələn, mən qol vurmağa borcluyam, əgər vəzifəmin öhdəsindən gələ bilməmişəmsə, necə onu səhv etməkdə günahlandıra bilərəm?”
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp