Bu gün Avropa Liqasının qrup mərhələsinə yekun vuruldu. Futbolinfo.az xəbər verir ki, turnirdəki təmsilçilərimiz “Qarabağ” və “Qəbələ” bununla da mübarizəni dayandırdı. 
Hər iki komanda son oyun günündə təəssüf ki, ölkəmizin UEFA klub reytinqinə xal əlavə edə bilmədi. Bununla da aktivində 14.875 xal olan Azərbaycan cari ili 26-cı pillədə başa vurdu. Siyahıda bizdən geridə olan bütün ölkələrin də təmsilçiləri mübarizəni dayandırdığından artıq mövqeyimizin toxunulmaz qalacağı dəqiqdi. 
Qeyd edək ki, cari mövsümdə ölkəmizin aktivinə “Qarabağ” 1.750, “Qəbələ” 1.625, “İnter” 0.750, “Neftçi” isə 0.250 xal qazandırıb. Bununla da, ölkəmiz bir mövsümdə 4.375 xal toplayaraq, rekordunu yeniləyib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp