Bu gün Avropa Liqasında qrup mərhələsinin 6-sı – son turunun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, son Azərbaycan çempionu "Qarabağ" səfərdə "Anderlext"lə (Belçika) 1:2 hesabı ilə uduzaraq, turnirdə  mübarizəni dayandırıb.
Konstant Vanden Stok stadionundakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məğlubiyyəti belə şərh edib:
"Əfsuslar olsun məğlub olduq. Futbolçuların hər birinə təşəkkür edirəm. Bizim üçün çox böyük təcrübə oldu. Komandanın oyundan razı qaldım.
Oyundakı mübahisəli epizodda penalti olduğunu deyən təcrübəli mütəxəssis çıxışını belə tamamlayıb: "Belə oyunlarda kiçik bir boşluq qolla nəticələnir. Gücümüz çatmadı və ya bəxtimiz gətirmədi desəm, düzgün alınmaz. Biz indi başladığımızı Avropa klubları 20-30 il əvvəl keçib" ("Trend").
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp