Bu gün Avropa Liqasında qrup mərhələsinin 6-sı – son turunun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, 12 qrupda baş tutan 24 matçdan sonra 1/16 final mərhələsinə vəsiqə qazanan klubların adları bilinib.
 
Qitənin 2-ci dərəcəli turnirindəki təmsilçilərimiz "Qəbələ" və "Qarabağ" mübarizəni dayandırıb. Qardaş ölkə Türkiyədən isə "Fənərbaxça" növbəti mərhələyə aslasa da, "Beşiktaş" azarkeşlərini məyus edib.
Sizi həmin xoşbəştlərlə tanış edirik: “Molde” (Norveç), “Fənərbaxça” (Türkiyə), “Liverpul” (İngiltərə), “Syon” (İsveçrə), “Krasnodar” (Rusiya), “Borussiya” (Dortmund, Almaniya), “Napoli”(İtaliya), “Midtyulland” (Danimarka), “Rapid” (Avstriya), “Vilyarreal” (İspaniya), “Braqa” (Portuqaliya), “Marsel” (Fransa), “Latsio” (İtaliya), “Sent-Etiyen” (Fransa), “Lokomativ” (Rusiya), “Sportinq” (Portuqaliya), “Bazel” (İsveçrə), “Fiorentina” (İtaliya), “Tottenhem” (İngiltərə), “Anderlext” (Belçika), “Şalke” (Almaniya), “Sparta” (Çexiya), “Atletik” (İspaniya), “Ausburq” (Almaniya).
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp