Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda “Qarabağ” üzərində 2:1 hesablı qələbə qazanıb 1/16 final mərhələsinə adlayan “Anderlext”in futbolçusu Yuri Tilemans yerli mətbuata açıqlama verib. Futbolinfo.az xəbər verir ki, o, “Qarabağ”dan revanş aldıqlarını bildirib:
“Oyundan öncə hardasa xal itərəcəyimizlə bağlı bir az qorxu var idi. Bunu etiraf etməliyəm. Çünki ilk oyunda onlara uduzmuşduq. “Qarabağ” o qədər də asan komanda deyil. 2:1 heç də pis nəticə deyil. Belə davam etmək lazımdır. Bakıdakı oyunun da qisasını ala bildik”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp