Bu gün Topaz Premyer Liqasında 16-cı tura keçiriləcək 2 qarşılaşma ilə start veriləcək. Futbolinfo.az xəbər verir ki, görüşlərdən biri əyalətdə, digəri isə paytaxtda baş tutacaq.
 
11 dekabr
 
“Kəpəz” – “Rəvan”
14:00, Gəncə şəhər stadionu
Hakimlər: İnqilab Məmmədov, Munis Abdullayev, Rahil Ramazanov, Cavanşir Yusifov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov 
AFFA nümayəndəsi: Abbas  Hüseynov                 
Hakim-inspektor: Füzuli  Nəcəfov
Meydan sahiblərini görüşün favoriti saymaq olar. Doğma azarkeş amili də Şahin Diniyevin komandasına əlavə üstünlük verir. Amma qonaqlar da baş məşqçi Bəhmən Həsənovun gəlişindən sonra müsbət nəticələr qazanmağa başlayıb. Belə ki, “sarı-qırmızılılar” kubok matçı da daxil olmaqla, artıq 5 oyundu ki, rəqiblərinə boyun əymir. Bundan başqa, rəqib komandanın heyətində Dario Federikonun yoxluğunu da paytaxt təmsilçisi üçün üstünlükdü. Komandanın onurğa sütunu sayılan brazilylı futbolçunun zədələnməsindən sonra gəncəlilər rəqiblərini məğlub edə bilmir. 
“Kəpəz” – “Rəvan”: 9 oyun, +6=0-3, top fərqi – 14:15
06.08.2011    Kəpəz (Gəncə) – Rəvan (Bakı)    3:2
04.12.2011    Rəvan (Bakı) – Kəpəz (Gəncə)    1:2
02.04.2012    Kəpəz (Gəncə) – Rəvan (Bakı)    1:0
28.04.2012    Rəvan (Bakı) – Kəpəz (Gəncə)    5:1
30.09.2012    Rəvan (Bakı) – Kəpəz (Gəncə)    1:2
16.02.2013    Kəpəz (Gəncə) – Rəvan (Bakı)    0:2
12.04.2013    Rəvan (Bakı) – Kəpəz (Gəncə)    3:0
08.05.2013    Kəpəz (Gəncə) – Rəvan (Bakı)    3:1
16.10.2015    Rəvan (Bakı) – Kəpəz (Gəncə)    0:2
BU MÖVSÜM… 
 … “Kəpəz” öz meydanında: 6 oyun, 3 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət, top fərqi – 8:5 
… “Rəvan” səfərdə: 6 oyun, 1 qələbə,  1 heç-heçə, 4 məğlubiyyət, top fərqi – 5:90 
İlk dövrədəki oyun – 2:0    
OYUNDAN NOTLAR  
•  Cəza səbəbindən matçı heç kim buraxmayacaq. 
•  Dario Federiko, Tural Axundov (hər ikisi “Kəpəz”) Yamin Ağakərimzadə, Ruslan Tağızadə, Tural Qürbətov, Novruz Məmmədov (hamısı “Rəvan”) cəza həddindədi. 
•  Zədə səbəbindən Ramazan Abbasov, Elvin Əliyev və Məmməd Quliyev (hamısı “Rəvan”), Şəhriyar Əliyev və Tural Nərimanov (hər ikisi “Kəpəz”) oyunu buraxacaq. 
• Zədəli olan Yamin Ağakərimzadə, Orxan Lalayev və Novruz Məmmədovun ("Rəvan") qarşıdakı matçda iştirakı sual altındadı. 
• Tərəflər arasında baş tutacaq görüşlərdə indiyə kimi bərabərlik qeydə alınmayıb.
HAKİM
6641 - Futbolinfo.az
Bu, İnqilab Məmmədovun cari mövsümdə baş hakim kimi idarə edəcəyi 4-cü qarşılaşma olacaq. Referi indiyədək adıçəkilən komandalardan Yalnız “Rəvan”ın 1 matçında fit çalıb. Məmmədov “sarı-qırmızılılar”ın ilk turda “Sumqayıt”la evdə qolsuz başa çatan görüşündə meydan sahiblərinə 4, qonaqlara isə 3 sarı vərəqə göstərib. Fit sahibi həmçinin, “kimyaçılar”ın hücumçusu Ağabala Ramazanovu da meydandan qovub.
“İnter” – “Sumqayıt”
16:30, “İnter Arena”
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Nahid Əliyev, Vüqar Bayramov               
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Rauf  Cabbarov    
AFFA nümayəndəsi: Ramiz  Abdullayev              
Hakim-inspektor: Vüsal  Əliyev  
Bu görüşün favorit kimi meydan sahiblərini göstərmək olar. Paytaxt təmsilçisi qalib gələcəyi təqdirdə ən azı bazar gününə kimi 2-ci pillədə qalacaq. Artıq 4 oyundu ki, “kimyaçılar”ı üstələyə bilməyən bakılılar bu mənada bu uğursuz seriyaya da son qoya bilər. Aşağı pillədə olan qonaqlar isə mütləq şəkildə qələbə qazanmalıdı. Əks təqdirdə, bazar günü keçiriləcək AZAL – “Xəzər Lənkəran” matçından sonra Samir Abasovun yetirmələri ya eyni xala malik olduqları “təyyarəçilər”dən geri də qalacaq, ya da ki, “ağ-yaşıllar” turnir cədvəlində onları keçəcək. 
“İnter” – “Sumqayıt” – 13 oyun, +8=4-1, top fərqi 19-5
14.09.2011    Sumqayıt Şəhər – İnter (Bakı)    0:2
20.02.2012    İnter (Bakı) – Sumqayıt Şəhər    2:0
15.09.2012    İnter (Bakı) – Sumqayıt    1:0
04.11.2012    Sumqayıt – İnter (Bakı)    0:0
04.10.2013    Sumqayıt – İnter (Bakı)    0:2
14.12.2013    İnter (Bakı) – Sumqayıt    2:0
08.03.2014    Sumqayıt – İnter (Bakı)    0:1
02.05.2014    İnter (Bakı) – Sumqayıt    2:0
24.08.2014    İnter (Bakı) – Sumqayıt    5:1
02.11.2014    Sumqayıt – İnter (Bakı)    0:0
30.01.2015    İnter (Bakı) – Sumqayıt    0:0
28.05.2015    Sumqayıt – İnter (Bakı)    3:1
18.10.2015    Sumqayıt – İnter (Bakı)    1:1
BU MÖVSÜM… 
 … “İnter” öz meydanında: 7 oyun, 5 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, top fərqi – 8:3 
… “Sumqayıt” səfərdə: 7 oyun, 1 qələbə,  1 heç-heçə, 5 məğlubiyyət, top fərqi – 6:12 
İlk dövrədəki oyun – 1:1
OYUNDAN NOTLAR  
•  Cəza səbəbindən matçı heç kim buraxmayacaq. 
•  Tofiq Mikayılov, Pədris Fərcad-Azad və Vurğun Hüsenov (“Sumqayıt”) cəza həddindədi. 
•  Zədə səbəbindən Rauf Əliyev, Nika Kvekveskiri, Mirhüseyn Seyidov və İvan Benitez (hamısı “İnter”) oyunu buraxacaq. 
•  Son turu cəza səbəbindən buraxan Denis Silva (“İnter”) sıraya dönüb 
•  “İnter” indiyədək öz meydanında bu rəqibindən cəmi 1 qol buraxıb. 
•  “Sumqayıt” indiyədək səfərdə “İnter”dən 1 xal ala bilib.
HAKİM
ravan hemzezade - Futbolinfo.az
Bu, Rəvan Həmzəzadənin cari mövsümdə baş hakim kimi idarə edəcəyi 4-cü görüş olacaq. Referi daha öncə adıçəkilən komandaların 1 görüşündə fit çalıb. Fit sahibi 9-cu tura keçirilən “Sumqayıt” – “Qarabağ” (1:0) görüşündə meydan sahiblərinin 2, qonaqların isə1 futbolçusuna sarı vərəqə göstərib. Həmzəzadə 13-cü tur çərçivəsində baş tutan “İnter” – AZAL (2:0) qarşılaşmasında isə o, “bankirlər”in 4, rəqibinin isə 1futbolçusuna sarı vərəqə göstərib.
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp