Dünən AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının təşkilatçılığı ilə I Divizion klubları üçün "Wyscout" şirkətinin məhsullarının təqdimatı keçirilib. Futbolinfo.az xəbər verir ki, tədbirdə çıxış edən şirkətin bölgə üzrə satış meneceri Oleh Sahaydak "Wyscout" platforması haqqında ətraflı məlumat verdikdən sonra klublar, məşqçilər və futbolçular üçün yaradılan imkanları əyani nümunələrlə göstərib. Tədbirin sonunda Sahaydak klub nümayəndələrinin suallarını cavablandırıb.
Analitik məhsullar bazarında olan digər rəqblərindən "Wyscout" platforması dünya üzrə bir çox futbol liqalarını, klubları, məşqçiləri və futbolçuları eyni şəbəkədə birləşdirməsi ilə fərqlənir. Şirkətin müştəriləri arasında “Bavariya”, “Yuventus”, “Milan”, “Mançester Yunayted”, “Arsenal”, “Qalatasaray”, “Atletiko Madrid”, “Barselona” kimi klublar var.
Qeyd edək ki, "Wyscout" şirkəti 80 ölkədə 30 mindən çox klubu və 300 minə yaxın futbolçunu əhatə edir. 
 
7373961566a9c062d72d - Futbolinfo.az3048021566a9c064c512 - Futbolinfo.az134492566a9c0663534 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp