Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda “Qarabağ”a 2:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayan “Anderlext” klubunun futbolçusu Dennis Prat yerli mətbuata açıqlama verib. Futbolinfo.az xəbər verir ki, o, qarşılaşmadan sonra fikirlərini bildirib. 
Belçikalı yarımmüdafiəçi oyuna yaxşı başladıqlarını və buna görə də qalib gəldiklərini deyib: “Oyuna yaxşı başladıq. Ümumiyyətlə, ilk hissə bizim üçün əla keçdi. “Qarabağ” ilk fərqlənən tərəf olsa da, onlarla sürətlə cavab verdik və hesabı xeyrimizə dəyişdik. İkinci yarını elə də yaxşı oynamasaq da, müdafiə xəttimiz intizamlı idi”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp