“Xəzər Lənkəran”dakı maliyyə problemləri səbəbindən Cənub təmsilçisindən ayrılacaq yarımmüdafiəçi Rahid Əmirquliyevin adı bir neçə klubla yanaşı hallanır. Futbolinfo.az xəbər verir ki, bunlardan biri də Xorvatiyanın “Riyeka”sıdı.
Mətbuatda yazılanlara inansaq, xorvat təmsilçisinin rəsmiləri hətta millimizin üzvü ilə də görüşüblər. Lakin “Riyeka”nın idman direktorunun müavini İvan Mançe saytımıza açıqlamasında hələ ki, bu mövzuda tam qərar vermədiklərini bildirib: “Bəli, Rahid Əmirquliyevi tanıyırıq. Oyunlarını da izləmişik. Amma hazırki vəziyyətdə bizə onun mövqeyində futbolçu lazım deyil. Çünki bu mövqedə kifayət qədər futbolçularımız var. Axtarışlarımızı başqa yöndə davam etdiririk. Lakin Rahid gündəmimizdə qalacaq”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp