Topaz Premyer Liqasının ilk yarısını 2-ci pillədə başa vuran “İnter”də yeni müqavilələr bağlanılacaq. Futbolinfo.az xəbər verir ki, bakılılar qışda müqaviləsi başa çatan 8 oyunçusu ilə “nigah təzələyəcək”.
Belə ki, Mirhüseyn Seyidov, Rauf Əliyev, Nizami Hacıyev, Fuad Bayramov, Denis Silva, Elnur Abdullayev, Ruslan Əmircanov və Laşa Kasradze yenidən Bakı təmsilçisinin şərəfini qoruyacaq. Bu haqda saytımıza klubun mətbuat katibi Səbuhi Məmmədov məlumat verib.
Qeyd edək ki, ilk iki dövrəni "İnter"də keçirən futbolçulardan Abdulla Abatsiyev, Səlahət Ağayev, İvan Benites, Xuan Fransisko, Emilian Vila, Stepan Polyak və  Dieqo Martins ilə artıq yollar ayrılıb.
Shares: