Türkiyə Superliqasının 17-ci turu çərçivəsində keçirilən “Akhisar Bələdiyəspor” – “Osmanlıspor” matçında maraqlı hadisə baş verib. Futbolinfo.az xəbər verir k, görüşün yan xətt hakimi Sərdar Diyadin verdiyi yanlış qərarla gündəmə gəlib.
O, matçın 89-cu dəqiqəsində qonaq komandanın futbolçusu Ruseskunun oyundan kənar vəziyyətdə olduğunu bildirərək bayrağını qaldırıb. Halbuki, həmin epizodda meydan sahiblərinin müdafiəçisi Tolqa Ünlü ofsaydı pozurdu. Ünlü hücumda olan futbolçudan nə az, nə çox 252 sm qapıya daha yaxın olub. Bu qərar Türkiyədə yeni antirekordun qeydə alınmasına səbəb olub. Belə ki, indiyə kimi heç bir laysman bu qədər məsafəni gözdən qaçırmamışdı.
Qeyd edək ki, sözügedən oyun 0:0 hesabı ilə başa çatıb.