Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan çempionatının 1-ci divizionunun 13-cü turun bir oyunu ilə bağlı qeydə alınan səhv düzəldilib.
Belə ki, komitənin 22 dekabr qərarına əsasən, “Qaradağ Lökbatan” – “Ağsu” matçında ev sahibi komandanın məşqçisi Arif Rizvanov texniki zona qaydaların pozduğuna görə 1 oyunluq cəzalandırmışdır. Lakin oyunun protokoluna səhvən “Qaradağ Lökbatan”ın məşqçisi Araz Əliyevin əvəzinə “Ağsu”nun məşqçisi Arif Rizvanovun adı qeyd olunmuşdu. Daxil olan yeni faktlara və hakimin raportuna əsasən İntizam Komitəsi bu məsələyə yenidən qayıdaraq, aşağıdakı qərarı qəbul edib:
"18 dekabr 2015-ci il, 2015/2016 mövsümündə, I Divizionun XIII turunun “Qaradağ Lökbatan” – “Ağsu” matçının 90-cı dəqiqəsində “Qaradağ Lökbatan” klubunun məşqçisi Araz Əliyevin texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunub".
Qeyd edək ki, sözügedən matçın baş hakimi İnqilab Məmmədov olub. 
Shares: