Qış fasiləsinə çıxan “Sumqayıt” bəzi futbolçuları ilə yollarını ayırıb. Futbolinfo.az xəbər verir ki, artıq 4 oyunçu komandadan göndərilib.
Belə ki, Nuran Qurbanov, Tural Rzayev, Fuad Məmmədzadə və Elnur Abdulov bundan sonra "kimyaçılar"ın şərəfini qorumayacaq.
Qeyd edək ki, Nuran Qurbanov “Bakı”, Elnur Abdulov “Zirə”, Tural Rzayev və Fuad Məmmədzadə isə yayda “Qarabağ”dan “kimyaçılar”a keçmişdi.