“Vaqif Cavadovla danışıqlar aparmışıq. Bütün məsələlərdə ortaq məxrəcə gəlmişik. Amma rəsmi müqavilə imzalamamışıq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Sumqayıt”ın baş meneceri Ceyhun Sultanov deyib.
İlk olaraq sportal.az saytının yaydığı məluamtda futbolçuyla müqavilənin imzalandığı qeyd olunması xəbərini Sultanov qismən təsdiq etdi: “Futbolçuyla müqavilə imzalanmamış konkret söz demək olmur. Ancaq hər şey plan üzrə getsə, gələn ilin ilk günlərində Cavadovla müqaviləyə imza atılacaq”.
Sonda baş menecer yaxın günlərdə daha bir neçə transferin reallaşacağını istisna etmədi: “Bir neçə futbolçunu da sıralarımıza qatmaq istəyirik. Ancaq onlar hazırda müqaviləylə başqa klublara məxsusdular. Bu üzdən də ad çəkməyəcəm. Alınarsa, ictimaiyyətə açıqlayacağıq”.
Qeyd edək ki, yayda “Qəbələ”yə transfer olunan Cavadov bürünc mükafatçının sıralarında özünü doğrulda bilməmişdi.
Shares: