“Zirə”nin hücumçusu Nurlan Novruzovun futbolinfo.az saytına müsahibəsi:
– Dünən ölkə prezidentinin qərarı ilə əfv olunan şəxslərdən biri də sən oldun. Bu barədə fikirlərini bilmək maraqlı olardı…
– Bu, hamının başına gələ biləcək bir hadisədi. Ümid edirəm ki, bir də bu cür halları yaşamaram.

– Ümumiyyətlə, hadisə tam olaraq, necə baş vermişdi?
– STOP işarəsini gözləməliydim. Qaranlıq idi, görmədim. Günah məndə oldu, başqa maşını vurdum. Hər iki maşında da yaralanan olmuşdu deyə, haqqımda cinayət işi açıldı.

– Bu hadisə milli və ya legioner karyerası yaşamağına nə kimi təsir göstərdi?
– Ölkədən çıxa bilməməyimlə bağlı xəbərlər yalan idi. Əgər ölkədən çıxa bilmirdimsə, bir neçə ay əvvəl necə Türkiyəyə getdim? Yəni bu hadisə mənim nə milli, nə də legioner karyerama təsir etmədi. Sağ olsunlar, futbolçu olduğum üçün ölkəni tərk etməyimə qadağa qoyulmamışdı.

– “Zirə”nin heyətində səni az hallarda meydanda görürük…
– Zədəli idim, sol ayağımın topuq bağları qırılmışdı. Son matçlarda meydana çıxdım. İndi sağalmışam. Çalışacam ki, Antalyada keçiriləcək təlim-məşq toplanışı müddətində özümü göstərim. Qış fasiləsindən sonra isə qollar vurub, komandama xeyir vermək istəyirəm.

– Ötən mövsümkü məhsuldar Nurlanı görə biləcəyik?
– Allah hamını zədədən uzaq etsin. Niyə də yox? Artıq heç bir problemim, ağrım, zədəm yoxdu.

– Mövsüm sonuna kimi icarə müddətini artırmısan və bilirik ki, legioner həyatı yaşamağa da çox istəklisən. Yayda səni hansısa xarici klubun heyətində görə biləcəyikmi?
– Hələ ki, legioner həyatından önəmli olan şeylər var. “Zirə”də oynayıb, əvvəlki formamı bərpa etmək və milli komandaya çağrılmağımı istəyirəm. Bu istəklərim reallaşandan sonra, əlbəttə, xaricdə çıxış etmək ən böyük arzumdu.

– “Bakı” yenidən Premyer Liqaya qayıtsa, bu komandada oynamaq prespektivin nə dərəcədə realdı?
– Mən hazırda “Bakı”nın futbolçusuyam. Əgər komanda əsas liqaya vəsiqə qazansa, bu qayıdacam.

ELMAR ABDULLA-ZADƏ