İranlı futbolçu Yaser Talatinin “Şəmkir”ə 5 min manat müqabilində keçmək istəməsi barədə əvvəlcə yazı, ardınca isə audiosübut təqdim etmişdik. Həmin hadisənin bu gün “yeddisi”ni də verdik. Ancaq nə AFFA-dan tük tərpədən var, nə də “Şəmkir”dən. Deyən yoxdu ki, bu “zurna-balaban”ın arxasında nə dayanır. Kələfin ucunu açmaq üçün adı həmin qalmaqalda hallanan, ancaq səs yazılarında iştirakı olmayan, klubun baş məşqçisi Kamran Əlibabayevə tribuna verməyi qərara aldıq.
Ancaq nədənsə çalışdırıcı baş vermiş hadisələrdə futbolinfo saytını günahkar çıxarmağa çalışdı: “Ayıbdı, bu cür şeyləri yazırsınız. Ayıbdı, ayıb”! Əlibabayevlə nəyin və kimə ayıb olduğunu dəqiqləşdirməyə çalışdıq: “Mənə ləkə yaxmaq istəyirsiniz. Neçə illərdi futboldayam. Pul alana söyüş qoyum?”
Maraqlıdı, bir halda ki, baş məşqçinin iranlı futbolçudan rüşvət alma məsələsində əli olmayıb, nəyə görə o, köməkçisi Rauf Mərdanovla yolları ayırmaq haqda qərar qəbul etməyib? Təəssüf ki, Kamran bəy bu sualımızdan da yayınaraq, üzbəüz oturub söhbət etmək istədiyini bildirdi. Təbii ki, üz-üzə də oturmağa hazırıq. Amma sualımız açıq qaldı.
Sonda yalnız bir istəyimizə çatdıq. Məlum oldu ki, “Şəmkir” rəsmi bəyanat yaymağa hazırlaşır. Telefonu yanında dayanan klubun inzibatçısı Səbuhi Quliyevə ötürərək, söhbətimizi yarımçıq kəsdi. Yeni həmsöhbətimizlə qısa dialoqumuzu da qələmə almağa zərurət duyduq:
– Xahiş edirəm, bu məsələylə bağlı baş məşqçimizi narahat etməyəsiz.
– Kiminlə danışıram? Özünüzü təqdim edin?
– Səbuhi, klubun inzibatçısı. Bu məsələylə bağlı rəsmi bəyanat yayacağıq və bütün suallara tam aydınlıq gətiriləcək.
– Səbuhi, klubun inzibatçısı. Bu məsələylə bağlı rəsmi bəyanat yayacağıq və bütün suallara tam aydınlıq gətiriləcək.
– Bəyanatı kim yayacaq? Mətbuat xidmətinin rəhbəri kimdi?
– Hətbuat katibi vəzifəsini də mən icra edirəm.
– Hətbuat katibi vəzifəsini də mən icra edirəm.
– Klubun rəsmi mövqeyi nə vaxt açıqlanacaq? Heç olmasa, 2015-ə təsadüf edəcək?
– Bəli, yaxın 2 gündə “Facebook” səhifəmizdə rəsmi bəyanat yayılacaq. Bir daha xahiş edirəm, bu məsələylə bağlı baş məşqçimizə sual ünvanlamayın.
– Bəli, yaxın 2 gündə “Facebook” səhifəmizdə rəsmi bəyanat yayılacaq. Bir daha xahiş edirəm, bu məsələylə bağlı baş məşqçimizə sual ünvanlamayın.
– Bəyanatla tanış olmağımız gərəkdi. Əlbəttə, bütün məsələlərə aydınlıq gəlsə və Əlibabayevə sualımız olmasa, onu aramayacağıq. Ancaq həmin bəyanat suallara rəvac versə, mütləq əlaqə yaradıb, bütün məsələlərə aydınlıq gətirəcəyik.
Bu yazıya nöqtə qoyuruq. Amma mövzu açıq qalır. Hələ mövqeyi öyrəniləsi çox adam var. AFFA araşdırma aparıb, futboldakı eybəcərliklərə qarşı əlini-əlinə vurmursa, bu, o demək deyil ki, bütün sahələrdə rüşvətin ayaq açıb yeridiyi Azərbaycanda futbolun təmizlənməsi mümkünsüzdü. Mütləq təmizlənəcək!
CEYHUN ƏLİYEV