Bu yaxınlarda baş məşqçi postuna Fuat Çapanı təyin edtikdən bir neçə saat sonra qovan Türkiyənin "Gənclərbirliyi" klubunda daha bir analoji hadisə yaşanıb.  Futbolinfo.az xəbər verir ki, Ankara təmsilçisi az öncə də bir neç gün əvəl (24 dekabr) anlaşdıqları yerli mütəxəssis Yılmaz Vuralla yolları ayırıb.
Yerli mətbuatın yazdığına görə, bu gün rəhbərliklə toplantı keçirən 62 yaşlı çalışdırıcı fasilədə komanda üçün ediləcək transferlər məsələsində onlarla razılığa gələ bilməyib və yollar ayrılıb. Vural sadəcə bir oyunda komandasına baş məşqçilik edə bilmişdi.
Qeyd edək ki, paytaxt təmsilçisi sözügedən çalışdırıcıları cari ayın 13-də istefa verən Məhmət Özdiləkin yerinə gətirmişdi. Bununla da, paytaxt klubu 17 günün içində 3 baş məşqçi ilə vidalaşmalı olub.
Shares: