"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Karles Martorell Bakes yenə işsiz qalıb. Futbolinfo.az xəbər verir ki, ispaniyalı çalışdırıcı 17 yaşadək futbolçulardan ibarət Qazaxıstan millisindən ayrılıb.
 
Qeyd edək ki, Karles Bakes 2012-ci ilin noyabrından 2013-cü ilin fevralına qədər “Xəzər Lənkəran”ı çalışdırıb. Lənkəran klubunda ona böyük ümidlər bəslənilsə də, 3 ay sonra qovulmuşdu. Bakes ötən ilin dekabrında qazaxlarla müqavilə bağlamışdı.
Shares: