Dünən PFL prezidenti Ramin Musayevin Topaz Premyer Liqasında çıxış edən 10 klubdan 9-nun borclarının ödənilməyəcəyi təqdirdə cəzalanacağı haqda xəbər vermişdik. Futbolinfo.az saytı olaraq, sözügedən məsələ ilə bağlı bir neçə klubun münasibətini işıqlandırmışdıq.
 
Cari mövsümdə ciddi maliyyə problemləri yaşayan “Xəzər Lənkəran” cəbhəsi də Musayevin fikrinə münasibət bildirib. Cənub təmsilçisinin mətbuat katibi Hüseyn Cəbrayıloğlu bunları deyib: “Bizim borcumuz elə də çox deyil. Təxminən 30-50 min manat civarında ödəniş etməliyik. Çox yəqin ki, bu pulu da qeyd olunan müddətdə ödəməyə çalışacağıq”.
 
Qeyd edək ki, Ramin bəy borcların ödənilməyəcəyi təqdirdə klubların xal cəzasına məruz qalacağını bildirmişdi.
Shares: