Topaz Premyer Liqasının ilk yarısını lider kimi başa vuran “Qarabağ”ın qış təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama matçlarından biri baş tutmaya bilər. Futbolinfo.az xəbər verir ki, bu, Təbrizin “Traktor Sazi” klubu ilə keçiriləcək görüşdü. 
Ağdam klubunun mətbuat katibi Nurlan İbrahimov xəbəri təsdiq edib. “Çox güman ki, bu qarşılaşma baş tutmayacaq. Halbuki, dəvət də qarşı tərəfdən gəlmişdi. Ötən il də biz bu komanda ilə sınaq matçı keçirmişdik, heç bir problem yaşanmamışdı.  Ümumiyyətlə, hazırlıq müddətində əvvəlcədən nəzərdə tutulan rəqiblərin dəyişməsi hallarına rast gəlmək mümkündü”.
Qeyd edək ki, sözügedən oyun yanvarın 16-da keçirilməli idi.
Shares: