İspaniya La Liqasında 17-ci turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Eybar” da növbəti matçına çıxıb.
Adıçəkilən komanda doğma meydanda "Sportinq"lə üz-üzə gəlib. Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. İsrafilov adı isə bu matçın da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, “Eybar” 24 xalla 9-cu pillədə qərarlaşıb.