Manatın ikinci devalvasiyası ölkə futboluna da ciddi təsir edib. Futbolinfo.az xəbər verir ki, bu səbəbdən əksər klublarımız qış hazırlıq prosesini Azərbaycanda keçirməli olacaq.
Maliyyə böhranı AFFA-dan da yan keçməyib. Əldə etdiyimiz özəl məlumata görə, hər il qış fasiləsində təlim-məşq toplanışı üçün hakimləri Antalyaya göndərən assosiasiya rəhbərliyi bu dəfə fikrindən daşınıb. Ədalət təmsilçilərinin ölkə daxilində hazırlıq keçməsinə qərar verilib. Bayram günləri olduğu üçün məlumatı AFFA rəsmilərindən dəqiqləşdirə bilmədik.
(Sport7.az)
Shares: