Başa çatan ildə klubu “Barselona” ilə bütün titulları qazanan Neymar daha bir mükafat sahib çıxıb. Futbolinfo.az xəbər verir ki, 23 yaşlı hücumçunun budəfəki uğuru fərdidi.
Belə ki, “11 nömrə” bu dəfə ölkəsi Brazilyada ilin futbolçusu seçilib. "Sambaçı" bu nominasiyada Almaniyanın “Bavariya” klubunun şərəfini qoruyan həmyerlisi Duqlas Kostanı qabaqlayıb. 3-cü yerə isə bu il “Qalatasaray”dan İtaliya “İnter”inə transfer olunan Felipe Melo layiq görülüb. 
Qeyd edək ki, Neymar 2014-cü ildə də eyni uğuru qazanmışdı.
Shares: