Qış "transfer pəncərəsi"nin dünən açılmasına baxmayaraq, artıq “siftə” edənlər var. Futbolinfo.az verir ki, Madrid “Atletiko”su heyətinə bir futbolçu cəlb edib. 
Paytaxt klubu digər La Liqa təmsilçisi “Selta”nın yarımmüdafiəçisi Auqusto Fernandezlə müqavilə imzalayıb. 29 yaşlı futbolçu “hindular”la 3.5 illik razılaşıb. Vinger mövqeyində çıxış edən oyunçunun transferi madridlilərə 6.5 milyon avroya başa gəlib.
Qeyd edək ki, argentinalı 2012-ci ildən “Selta”nın şərəfini qoruyurdu.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp