“Əskişəhərspor”da karyerası alınmayan Muarem Muaremin digər Türkiyə təmsilçisi “Yeni Malatyaspor”a keçəcəyi haqda yamışdıq. Futbolinfo.az xəbər verir ki, bu transfer də alınmayacaq. 
Bu barədə məlumatı PTT 1-ci Liqa təmsilçisinin idman direktoru Ali Ravcı verib. O, makedoniyalı yarımmüdafiəçinin Azərbaycan klubu ilə anlaşdığını bildirib. Lakin Ravcı bunun hansı  klub olduğunu deməyib. 
Qeyd edək ki, cari mövsümün əvvəlində "Qarabağ"dan ayrılıb, Türkiyə Superliqa təmsilçisi "Əskişəhərspor"a keçən 27 yaşlı türk əsilli oyunçu sözügedən komandada ancaq 2 oyuna çıxa bilmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp