Artıq yanvar ayı olduğundan FİFA-nın transfer qadağasına məruz qalan “Xəzər Lənkəran”ın sanskisyası başa çatmalı idi. qoyulan müddət başa çatdığından”ağ-yaşıllar”ın istəyini reallaşdırması üçün heç bir maneə olmamalıdı.  
Məsələnin nə yerdə olduğunu öyrənmk üçün klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. O, futbolinfo.az saytına açıqlamasında hələ ki, qəti bir şey söyləmədi: “Bizə qadağanın başa çatacağı müddət kimi yanvar ayı deyilib. Yəqin ki, yenə də AFFA FİFA-ya məktub yazacaq və ali futbol qurumundan cavab gözləyəcəyik”.
Qeyd edək ki, məlum sanksiya səbəbindən “Xəzər Lənkəran” ötən ilin yanvarından bəri futbolçu transfer edə bilmir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp