Türkiyə Superliqa təmsilçisi “Mersin İdman Yurdu” ilə yollarının ayrıldığı deyilən baş məşqçi Bülənt Korkmaz komandada qalıb. Futbolinfo.az xəbər verir ki, bu haqda məşqçi açıqlamasında bildirib.
47 yaşlı çalışdırıcı vəzifədə qaldığını, mətbuatda yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini deyib: “Mənə klubdan rəsmi olaraq, hər hansı bir söz deyilməyib. Sabah təlim-məşq toplanışımız başlayır. Hazırlıq müddətində komandaya rəhbərlik edəcəm”. 
Qeyd edək ki, bir müddət öncə yayılan məlumatda “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayevin də bu kluba keçəcəyi deyilirdi. Bundan başqa, çalışdırıcı 2009-2010-cu illərdə “Bakı"da da baş məşqçilik edib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp