Topaz Premyer Liqasında qış fasiləsi başlayandan adı transfer xəbərlərində ən çox hallanan klublardan biri də “İnter”di. Futbolinfo.az-ın məlumatına görə, Vüqar Nadirov və Kamran Ağayevin “bankirlər”lə anlaşılacağı yayılsa da, hələ də tərəflər arasında rəsmi müqavilə bağlanmayıb.
Bunu saytımıza açıqlamasında klubun mətbuat katibi Səbuhi Məmmədov deyib: “Düzdü, hər iki futbolçu ilə maraqlanırıq və danışıqlar gedir. Amma hələ ki, heç bir rəsmi müqaviləyə imza atılmayıb”.
Qeyd edək ki, Ağayevin son iş yeri Türkiyənin “Karşıyaka”, Nadirovun isə “Qəbələ” komandası olub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp