Dünən İngiltərə Premyer Liqasının 20-ci turu çərçivəsində “Mançester Yunayted” (MY) evdə “Suonsi”ni üstələyib – 2:1. Futbolinfo.az xəbər verir ki, qarşılaşma “qırmızı şeytanlar”ın hücumçusu Ueyn Runi üçün əlamətdar olub. 
Belə ki, 30 yaşlı oyunçunun 77-ci dəqiqədə rəqib qapısının torunu havalandırmaqla  klubda keçirdiyi 503-cü rəsmi görüşdə 238-ci qola imza atıb. Bu qol həmçinin, Runinin MY tarixində ikinci ən yaxşı bombardir olmasını təmin edib. İndi o ilk pillədə 249 qolla yer alan Bobbi Çarltondan cəmi 11 qol geridədi. Bundan başqa, vurulan qol həmçinin forvardın Premyer Liqa tarixində 188-ci uğuru olub. “Şrek” ləqəbli futbolçu bu nominasyada da 2-ci pilləyə yüksəlib. Runi yalnız əfsanəvi Alan Şirerdən arxada qalır. Onun aktivində 260 qol var.
Qeyd edək ki, Runi 2004-cü ildə digər İngiltərə təmsilçisi “Everton”dan "qırmızı-şeytanlar"a keçib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp