Fildişi Sahili milli komandasının sabiq futbolçusu Stiv Qohurinin meyidi tapılıb. Futbolinfo.az xəbər verir ki, afrikalı oyunçunun Reyn çayında ölü halda aşkar olunub.
Düsseldorf polisinin verdiyi açıqlamada 34 yaşlı futbolçunun cəsədinin dekabrın 31-də Krefeld qəsəbəsində tapıldığı bildirilib. Onun meyidində hər hansı bir işgəncə əlamətinə rast gəlinməyib. 
Qeyd edək ki, 3 həftədi itgin düşən futbolçu daha öncə Münhenqladbax “Borussiya”sı və  İngiltərənin “Viqan” klubunun şərəfini qoruyub. Müdafiəçinin son işyeri Almaniya həvəskarlar liqasında mübarizə aparan “TSV Steinbax” klubu olub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp