İspaniya “Real”ının portuqaliyalı ulduzu Kriştianu Ronaldo karyerasını başa vurduqdan sonra futbolda qalmayacaq. Futbolinfo.az xəbər verir ki, 30 yaşlı hücumçu həyatın kefini çıxarmağı düşünür.
Ronaldo futboldan gedərkən bir qədər kədərlənəcəyini inkar etməsə də, yeni həyatda dincəlməyi düşündüyünü bildirib: “Futboldan sonra ayrı həyat başlayacaq. Düşünürəm ki, əvvəl-əvvəl mənə bir qədər çətin olacaq. Ancaq soruşsanız ki, məşqçi olmaq istəyərəmmi, cavabım “yox!” olacaq. Nə məşqçi, nə menecer, nə də klub prezidenti olmaq fikrində deyiləm. Demək olar ki, ən yaxşı işə, avtomobillərə, evlərə sahibəm. Ancaq bununla iş bitmir. Məsələn, bazar günü Las-Veqasda boks gecəsi var idi. Ora ailəmi və dostlarımı dəvət etmək istəyirdim. Ancaq bunu həyata keçirə bilmədim. Çünki vaxtım yox idi. Amma futbolla vidalaşdıqdan sonra kral həyatı sürmək niyyətindəyəm”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp