Ötən gün "Neftçi" ilə yollarını ayıran braziliyalı futbolçu Kaue da Silvanın yeni klubu bəlli olub. Futbolinfo.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi karyerasını İsrail çempionatında davam etdirəcək. 
Əldə etdiyimiz məlumata görə, "sambaçı" Təl-Əviv "Hapoel"i ilə anlaşıb. Belə ki, Kaue bir neçə gün içində İsrailə yollanacaq və ölkə çempionatının güclülər dəstəsində mübarizə aparan "qırmızı-ağlar"la müqavilə bağlayacaq.
Qeyd edək ki, cənubi amerikalı futbolçu 2014-cü ilin iyununda Rumıniyanın "Vasluy" klubundan Bakı təmsilçisinə keçmişdi. 
Shares: