Bu gün Topaz Premyer Liqasında XIX tura yekun vurulur. Futbolinfo.az xəbər verir ki, “Xəzər Lənkəran” doğma arenada “Rəvan”ı qəbul edir.
Hazırda Lənkəran şəhər stadionunda keçirilən qarşılaşmada gərgin anlar yaşanır. Belə ki, sözügedən arenaya gələn yerli azarkeşlər yarıtmaz idarəçilikləri üzündən komandanı dağılmaq təhlütəsi ilə üz-üzə qoyan klub rəhbərliyini, xüsusilə də prezident Mais Mənsimov və vitse-prezident Tuyqun Nadirovu istefaya səsləyirlər. Xəbəri həmin stadionda olan mənbəmizdən əldə etsək də, canlı yayımlanan oyundakı səs-küyü, şüarları televizordan belə eşitmək mümkündü. Onlar əsasən "İstefa, istefa, Tuyqun istefa" deyə qışqırırlar. 
Onu da əlavə edək ki, stadionda olan klub nümayəndələri də fanatları susdurmağa cəhd edir. Bunu sizə təqdim etdiyimiz fotodan da görmək mümkündü.
Shares: