“Transfer pəncərəsi”nin son günlərində “Neftçi”nin “Xəzər Lənkəran”dan heyətinə cəlb etdiyi Elşən Rzazadə indi fərqli sınaqlarla üz-üzə qalacaq. Dayaq yarımmüdafiəçisi kimi ümidləri doğrultmalı olan gənc azarkeşlərin də rəğbətini qazanmalıdı. Bakı klubuna prinsipial rəqibindən gələn oyunçu onların da sevgisini qazanmalıdı. Lənkəranı yerli klubun pis vəziyyətdə olması və faktiki olaraq, rəhbərliyin onu çölə atması üzündən tərk edən Elşən futbolinfo.az saytına müsahibəsində bir sıra məsələlərdən danışıb:
– Burada tezliklə komandaya uyğunlaşmağa çalışacam ki, heyətə düşüm. Əlimdən gələndən də artığını etməyə çalışacam.
– Baş məşqçi Əsgər Abdullayevlə söhbət edə bilmisən?
– Xeyr, hələ ki, söhbət etmək imkanımız olmayıb.

– “Neftçi” “Xəzər Lənkəran”ın sənə görə qoyduğu 25 min manat transfer pulunu ödəyib?
– “Xəzər Lənkəran” bu pulu 10 minə endirmişdi. Çünki klubla razılaşdım ki, mənə olan borcları silsinlər. Ona görə də tərəflər bu qiymətə razılaşdı.

– “Neftçi”dən başqa hansısa kubdan təkliflər var idimi?
– Xeyr, heç bir klubdan təklif almamışdım. “Transfer pəncərəsi”nin bağlanmasına bir neçə gün qalmış “Neftçi” mənimlə əlaqə saxladı.

– Ola bilər ki, bu keçid həmyerlilərinin – lənkəranlı azarkeşlərin bəzilərinin xoşuna gəlməsin. Onlara nə demək istəyərdin?
– Mənə uğurlar arzu edən də oldu, etməyən də. Amma inanıram ki, azarkeşlər də məni başa düşəcək. Nə deyək, xeyirlisi belə imiş. Fanatlara nə qədər təşəkkür etsəm, azdı. Onlar sona kimi arxamızda durdular. Haqqlarını halal etsinlər. Çalışacam ki, uğurlarımın davamını “Neftçi” ilə də gətirim.

– Çəkinmirsən ki, Lənkərandakı oyunlarda xoş qarşılanmayasan?
– Mənim işim futbol oynamaqdı. Onların da işi komandalarını dəstəkləməkdi. Bundan sonra məni sevməsələr belə, lənkəranlı azarkeşlərə qarşı fikirlərim həmişə müsbət olacaq.

– İndiyədək həmişə səni fitə basan “Neftçi” azarkeşləri isə artıq bundan sonra sənin uğuruna sevinəcək…
– İnanıram ki, “Neftçi” azarkeşləri məni oyunuma görə sevəcək. Hər nə qədər lənkəranlı olsam belə, komandamın uğurları üçün çalışacam. Mənə inananların üzünü ağ etmək istəyirəm.

ELMAR ABDULLA-ZADƏ