"Neftçi" "Xəzər Lənkəran"dan transfer etdiyi Elşən Rzazadəyə görə qarşı tərəfə pul ödəməyib. Düzdü, cənublular futbolçunu sərbəst buraxmaq üçün qazanc götürüb, amma bu məbləği yarımmüdafiəçi cibindən “sayıb”. 
Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, 1,5 illik müqavilə imzalayan futbolçu cənubluları razı salmaq üçün 10 min dollarından keçib.
Günümüzün şərtləri üçün 10 min dollar çox normal rəqəmdi. Amma “Xəzər Lənkəran”ın keçmişinə baxsaq, bu məbləğə yalnız gülmək olar. Adrian Skarlatakeyə 50, Oktay Dərəlioğluna 100, Mustafa Dənizliyə 150, Con Toşaka 200 min dollar, digər legionerlərə də aşağı-yuxarı buna yaxın məbləğdə aylıq maaş ödəyən cənublular indi o qədər miskin durumdadı ki, gənc futbolçudan qopardıqları bu paraya möhtacdılar.
Shares: