Bu gün Topaz Premyer Liqasında 19-cu tura yekun vurulur. Futbolinfo.az xəbər verir ki, AZAL doğma meydanda "Qarabağ"ı qəbul edir. 
Hazırda "AZAL Arena"da keçirilən qarşılaşmanın 30-cu dəqiqəsində Ağdam klubunun yarımmüdafiəçisi Riçard Almeyda rəqib futbolçu Mirzəağa Hüseynpura qarşı kobud oynayıb. Hakim brazilyalı oyunçuya sarı vərəqə göstərib və o, cəzalı vəziyyətə düşüb. Bununla da, Almeyda 20-ci turda evdə "Xəzər Lənkəran"a keçiriləcək oyunu buraxmaq məcburiyyətində qalacaq.
Shares: