Bu gün Topaz Premyer Liqasında XIX tura yekun vurulur. Futbolinfo.az xəbər verir ki, “Xəzər Lənkəran” doğma arenada “Rəvan”la 0:0 bərabərə qalıb.
Lənkəran klubunun mərkəzi stadionundakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Elbrus Məmmədov heç-heçəni belə şərh edib:
"Çox gərgin oyun keçdi. Baxımlı futbol alınmasa da… Bunun səbəbi var ki, ilk oyun idi. İlk oyun çox vaxt belə alınır. Bu oyundan əvvəl uşaqların fiziki durumu ilə bağlı ehtiyatlanırdım. Digər komandalara baxanda, fiziki durumda çox geri qalmışıq. Çalışacağıq ki, növbəti oyunlarda bu amili aradan götürək. Narazı qaldığım futbolçular yoxdu. Səhvlər var idi. Bilirdik ki, o səhvlər olacaq. Sadəcə, o səhvləri gələn oyunlarda təkrar etməyək". 
Shares: