“Düşünürəm ki, pis oyun olmadı. Oyunun 75 dəqiqəsini yaxşı oynadıq. Bu futboldur. Hesab edirəm ki, layiq olmadığımız məğlubiyyət aldıq“. Futbolnfo.az-ın məlumatına görə. Bunu “Zirə” ilə keçirilmiş oyundan sonra “Inter”n baş məşqçisi Zaur Svanadze deyib.
Gürcüstanlı mütəxəssis səfərdə qeydə alınan 1:2 hesablı məğlubiyyəti belə şərh edib: “Ilk hissədə bir çox qol imkanlarımız oldu və istifadə edə bilmədik. Öz səhvimizdən iki qol buraxdıq. Məşq zamanı standart vəziyyətləri komandaya göstərmişdik”.