Ötən gün Topaz Premyer Liqasında XIX tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, “Xəzər Lənkəran” doğma arenada “Rəvan”la 0:0 bərabərə qalıb.
Lənkəran klubunun mərkəzi stadionundakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Bəhmən Həsənov heç-heçəni belə şərh edib:
“Qış fasiləsində heyətimizdə bir sıra dəyişikliklər olub. Məlum səbəblərdən klubu tərk edənlər oldu. Əvəzində bir neçə yeni oyunçu cəlb etmişik. "Xəzər Lənkəran" da bizimlə oxşar durumdadır. Amma onların gənclərdən ibarət komandası istənilən rəqib üçün başağrısı ola bilər. Ot örtüyü əlverişsiz olsa da, hər iki komanda əlindən gələni etdi. Təəssüf ki, qol vurmaq üçün əldə etdiyimiz şansları dəyərləndirə bilmədik”.