Zədə səbəbindən ötən gün Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində “AZAL”a qarşı çıxış edə bilməyən “Qarabağ”ın yeni transferi Rahid Əmirquliyevin komandadan ayrı qalması elədə uzun çəkməyəcək. Futbolinfo.az xəbər verir ki, Antaliyadakı yoxlama matçında xəsarət alan təcrübəli yarımmüdafiəçi tezliklə sıraya dönəcək.
Əldə etdiyimiz məlumata görə, Əmirquliyev 4-5 günə məşqlərə qatılacaq. Onun növbəti turda Ağdam təmsilçisinə kömək edəcəyi gözlənilir.
Qeyd edək ki, “Qarabağ” Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində evdə “Xəzər Lənkəran”ı qəbul edəcək. Onu daəlavə edək ki, Əmirquliyev bu qış Lənkran təmsilçisindən "Qarabağ"a keçib.