Azərbaycan millisinin üzvü Eddi İsrafilovun yeni komandası bəlli olub. Futbolinfo.az xəbər verir ki, müqavilə ilə "Mursiya"ya məxsus olan 23 yaşlı yarımmüdafiəçi cari mövsümün ilk yarısını icarə əsasında keçirdiyi La Liqa təmsilçisi "Eybar"la yolları ayırıb.
İsrafilov bundan sonra İspaniya II Liqasında çıxış edəcək. O, "Kordoba" ilə anlaşıb. Tərəflər mövsüm sonuna kimi razılığa gəlib.
Qeyd edək ki, Eddi 2011-ci ildən "Mursiya"dadı.
Shares: