“Neftçi”nin U-12 komandası “Vətən” RİOEUG futbol məktəbinin təşkil etdiyi “Qış kuboku” turnirinin qalibi olub. Futbolinfo.az xəbər verir ki, baş məşqçi Vaqif Əliyevin yetirmələri finalda “Gəncə” TİM klubunu 2:1 hesabı ilə məğlub edib. 
"Ağ-qaralar"ın qollarını Elcan Əbilov və Ağadadaş Salyanski vurub. Mükafatlandırma mərasimində paytaxt klubunun idman direktoru Vəli Qasımov, komandanın baş məşqçisi Əsgər Abdullayev və qapıçılar üzrə məşqçi Dmitri Kramarenko iştirak ediblər.
Qeyd edək ki, “Neftçi” bunadək qrup oyunlarında “Qarabağ” U-12 (1:0), “Vətən” U-13 qızlar (10:2) və “Zirə” U-11 (3:0), 1/4 finalda “Vətən” U-12 (4:2), yarımfinalda isə “İnter” U-12 (3:1) klublarını məğlub etmişdi.
 
IMG 0688 - Futbolinfo.azIMG 0695 - Futbolinfo.azIMG 0706 - Futbolinfo.azIMG 0714 - Futbolinfo.azIMG 0717 esas - Futbolinfo.azIMG 0722(2) - Futbolinfo.azIMG 0723 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp