Son İngiltərə çempionu “Çelsi” kapitanı Con Terri ilə yollarını ayırır. Futbolinfo.az xəbər verir ki, bu barədə 35 yaşlı müdafiəçinin özü məlumat verib. 
 
Təcrübəli futbolçu mövsümün sonunda klubdan ayrılacağını bildirib. Terri azarkeşlərə digər Premyer Liqa komandalarına keçməyəcəyinə də söz verib. O, yerli mətbuata müsahibəsində London nəhəngində qalmaq istədiyini, amma klub rəhbərliyinin başqa yöndə irəliləməyi qərara aldığını bildirib. 
“Zadəganlar”ın mətbuat rəsmiləri isə müdafiəçi ilə hələ danışıqları davam etdirəcəklərini və gələcək aylarda vəziyyətin dəyişə biləcəyini bildiriblər.
Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü 15 yaşından “Çelsi”də çıxış edir. O, 2011-2012 mövsümündə paytaxt təmsilçisində Çempionlar Liqası kubokunu başı üzərinə qaldırıb.
Shares: