“Qəbələ”nin transfer etmək istədiyi braziliyalı Emerson Brito dos Santos tezliklə vətəninə qayıdacaq. Futbolinfo.az xəbər verir ki, ötən mövsümün bürünc mükafatçısını 25 yaşlı hücumçu durumu qane etməyib.
Braziliya çempionatının qışda başa çatması, bundan sonra isə futbolçunun məşq etməməsi dos Santosun taleyinini böyük ölçüdə həll edib. “Qəbələ” hazırda ideal formada olan forvard axtarışında olduğu üçün Emersonla müqaviləyə imza atmamağı qərara alıb.
Qeyd edək ki, braziliyalının geri göndərilməsi bu həftənin sonlarına planlaşdırılıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp