Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 19-cu tur oyunları ilə bağlı cəzalar açıqlanıb.   
“Kəpəz” – “Qəbələ” matçında ev sahibi komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 17-ci dəqiqəsində qonaqların futbolçusu Tural Məmmərzəyev ikinci sarı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, kluba 100 manat cərimə kəsilib.
AZAL  – “Qarabağ” matçının 82-cı dəqiqəsində qonaq komandanın futbolçusu Elçin Rəhimli ikinci sarı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 100 manat cərimələnib. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp