Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində “Rəvan”la bərabərə qalan (0:0) “Xəzər Lənkəran”da istirahət başa çatır. Futbolinfo.az xəbər verir ki, cənublular 1 günlük istirahətdən sonra yenidən yığışır.
"Ağ-yaşıllar" hazırlılqarını Lənkəranda davam etdirir. Baş məşqçi Elbrus Məmmədov Pro kateqoriyası üzrə kurslara qatılmaq üçün Ukraynada olduğundan komanda köməkçi məşqçi Dadaş Həmidovun rəhbərliyi altında hazırlaşır. Məmmədov fevralın 6-dan işinə davam edəcək. 
Heyətdə ciddi itki yoxdu. Yalnız Orxan Səfiyaroğlunun yüngül zədəsi var. Yarımmüdafiəçinin növbəti turda “Qarabağ”a qarşı oynayacağı gözlənilir. 
Qeyd edək ki, “Qarabağ” – “Xəzər Lənkəran” matçı fevralın 6-da “Azərsun Arena”da keçiriləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp